Fatih Terimin rəhbərliyi ilə “Qalatasaray” ilk qələbəsini qazanıb
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 24-də futbol üzrə Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kayserispor” səfərdə “Malatyaspor”a 0:1 hesabı ilə məğlub olub, “Karabükspor”-“Trabzonspor” oyunu isə heç-heçə yekunlaşıb - 1:1.
Turnir cədvəlinin lideri “Başakşehir” isə səfərdə “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.
Turun ən çox maraq doğuran görüşü isə “Qalatasaray”-“Göztepe” matçı olub. Yenidən “Qalatasaray”ın sükanı arxasına keçən Fatih Terimin rəhbərliyi ilə İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdır. Daha əvvəl 1996-2000-ci il, 2002-2004-cü və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Fatih Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.
XVII tura dekabrın 25-də keçiriləcək “Osmanlıspor”-“Akhisarspor” matçı ilə yekun vurulacaq.
“Başakşehir” 36 xalla turnir cədvəlinin lideridir. “Qalatasaray” 35 xalla ikinci, “Fənərbağça” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [10:46]
Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub
- 19.09.2026 [02:44]
Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub
- 19.09.2026 [02:08]
Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib
- 18.09.2026 [21:44]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [19:25]
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
- 18.09.2026 [18:59]
Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
- 18.09.2026 [18:28]
Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ husilərlə danışıqlar aparır
- 18.09.2026 [23:54]
Yardımlıda açıq ərazidə yanğın baş verib
- 18.09.2026 [23:34]
“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib
- 18.09.2026 [23:00]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [22:23]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [21:44]
Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub
- 18.09.2026 [21:31]
Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib
- 18.09.2026 [21:07]
Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib
- 18.09.2026 [21:05]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
- 18.09.2026 [20:45]
Bu saata olan əsas xəbərlər
- 18.09.2026 [20:00]
Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır
- 18.09.2026 [19:58]