CƏMİYYƏT


“Faydalı xolesterin”in çox olması insan orqanizmi üçün təhlükəlidir

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

İnsan orqanizmində hər hansı piylərin miqdarının müəyyən həddi aşması sağlamlıq üçün çox təhlükəlidir. Xalq arasında xolesterini “faydalı” və “zərərli” növlərə bölmək qəbul olunub. Həkimlər “faydalı xolesterin” dedikdə yüksək sıxlıqlı lipoproteinləri nəzərdə tuturlar. Adamların çoxu belə hesab edir ki, əgər bu xolesterin orqanizmə lazımdırsa, deməli onu çoxlu miqdarda qəbul etmək olar. Lakin araşdırmalar göstərir ki, bəzən yüksək sıxlıqlı lipoproteinlər orqanizm üçün “zərərli xolesterin” qədər ziyanlıdır.

AZƏRTAC newsmir.info saytına istinadla xəbər verir ki, həkimlər adətən yalnız aşağı sıxlıqlı lipoproteinə aid göstəriciləri təhlil edirlər. Hesab edirlər ki, damarların xolesterinlə tutulması məhz bu cür piylərin zərərli təsirinin nəticəsidir. Lakin yüksək sıxlıqlı lipoproteinlərin konsentrasiyasının artması da insan orqanizmin üçün təhlükəli ola bilər.

Bu iki maddənin səviyyəsini çox asanlıqla tənzimləmək olar. Bunun üçün qida rasionuna nəzarət etmək kifayətdir. Yağlı yeməklərin məhdudlaşdırılması, pəhriz ətinə, təzə meyvə və tərəvəzə üstünlük verilməsi sağlamlıqla bağlı problemlərin qarşısını almağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.