DÜNYA


Faylların sürətli və təhlükəsiz mübadiləsi üçün yeni xidmət təqdim olunub

Bakı, 4 avqust, AZƏRTAC

“Mozilla” faylların sürətli və təhlükəsiz mübadiləsi üçün “Firefox Send” adlı yeni xidmətini təqdim edib.

AZƏRTAC “macdigger.ru” saytına istinadən xəbər verir ki, “Firefox Send” xidməti fayl yükləndikdən sonra onu serverdən silir. Həmçinin fayl 24 saat ərzində yüklənmədiyi halda avtomatik silinir. Bir dəfəyə yalnız bir fayl göndərmək olar, ancaq yeni xidmət son gün ərzində bütün yükləmələrin tarixçəsini özündə saxlayır. Həmçinin istinadları mübadilə buferinə köçürmək imkanı mövcuddur.

Bu konsepsiya yeni deyil. Belə xidmətlər (məsələn, file.io) mövcuddur, amma “Mozilla” şirkətinin həlli sürəti və sadəliyi ilə fərqlənir. Xidmətdən istifadə üçün “Mozilla”da hesab və “Firefox” brauzerinin mövcudluğu tələb olunmur. Yeni xidmət ayrıca sayt şəklində fəaliyyət göstərir.

Qeyd edək ki, xidmət bütün brauzerlərdə işləmir. Məsələn, “Safari” brauzerində işləmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.