DÜNYA


Federal Ehtiyatlar Sisteminin qətiyyətsizliyi dolları zəiflədib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Federal Ehtiyatlar Sisteminin (FES) iclasında heç bir sürpriz baş verməyib və faiz dərəcələri olduğu kimi saxlanılıb. Tənzimləyici isə axır ki, iqtisadiyyatın vəziyyətinin gözləniləndən pis olduğunu etiraf edib. Bütün bunlar riskli aktivlərin bahalaşmasına səbəb olub.

AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, iclasın nəticələri elan edildikdən sonra treyderlər dollarları satmağa və digər aktivləri almağa başlayıblar. Nəticədə əsas altı valyuta səbətində dolların indeksi nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Qeyd edək ki, FES bu dəfə iqtisadiyyatın zəifliyini etiraf edib və artım tempi barədə proqnozları aşağı salıb.

Bütün bu hadisələrə neft bazarı da aktiv reaksiya verib. Brent markalı neftin barrelinin qiyməti artıq 47,25 dollara çatıb. Texniki cəhətdən burada hələ heç nə aydınlaşmasa da, ekspertlər zəif dolların neft qiymətlərinə dəstək ola biləcəyini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.