SİYASƏT


Federika Moqerini: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz

Bakı, 23 may, AZƏRTAC

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikri Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

Federika Moqerini vurğulayıb ki, bu münaqişə tez bir zamanda beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.