DÜNYA


Federika Moqerini: Maltada qəzaya uğrayan təyyarədə Aİ təmsilçiləri olmayıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Maltada qəzaya uğrayan yüngül motorlu təyyarədə Avropa İttifaqının nümayəndələri olmayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təyyarə qəzasında həyatını itirənlərin Aİ əməkdaşları olmadıqlarını bildirib. Onun sözlərinə görə, təyyarənin Aİ ilə heç bir bağlılığı yoxdur. Bu arada Avropa İttifaqının sərhəd xidməti agentliyi (FRONTEX) də qəzaya uğrayan təyyarənin onlara aid olmadığını bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl Times of Malta qəzeti FRONTEX agentliyi tərəfindən icarəyə götürülən təyyarənin qəzaya uğraması nəticəsində beş nəfərin həlak olduğu barədə məlumat yaymışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.