İQTİSADİYYAT
Federiko Ermoli: SOCAR ilə İtaliyanın Snam şirkəti arasında əlaqələr genişlənir
Milan, 4 oktyabr, AZƏRTAC
SOCAR ilə İtaliyanın Snam şirkəti arasında əlaqələr genişlənməkdədir.
Bu sözləri Snam şirkətinin biznesin inkişafı və xarici fəaliyyət üzrə direktoru Federiko Ermoli AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Azərbaycan ilə İtaliya arasında enerji sahəsindəki əməkdaşlığın inkişaf perspektivlərindən danışan F.Ermoli deyib: “Azərbaycan qazını Avropaya daşıyacaq enerji layihəsinə dəstək verməyə həmişə hazırıq. TAP Avropa üçün açar layihədir, eyni zamanda, Azərbaycanın da Avropa enerji bazarına daxil olması baxımdan əhəmiyyətlidir. Həmçinin bu layihə Avropanın enerji təminatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində vacib addımdır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan