Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Zati-alinizi, qardaş Azərbaycan hökuməti və xalqını Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu münasibətlə Sizə, ölkənizə və qardaş Azərbaycan xalqına tərəqqi, xoşbəxtlik və rifah arzulayır, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edir, bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün xeyirli olan müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qardaşlıq, əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq. Sizin xalqımızın hüquqlarına və müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizə görə minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayıram. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin.

Hörmətlə,

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti,

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin