Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 noyabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin