DÜNYA


Fələstində dünyanın ən böyük mozaik tablosu işıq üzünə çıxıb

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Fələstində dünyanın ən böyük mozaik tablosu işıq üzünə çıxarılıb.

Anadolu informasiya agentliyinin məlumatına görə, ümumi sahəsi 827 kvadratmetr olan bu sənət əsəri Yaxın Şərqin və dünyanın ən böyük birləşmiş mozaik tablosu hesab edilir. Təxminən 1400 il əvvələ aid olduğu bildirilən sənət incisi həndəsi naxışlarla bəzədilın 38 birləşmiş hissədən ibarətdir.

Tablo 21 müxtəlif rəngi əks etdirməklə ekzotik mənzərə yaradır. Ötən əsrin əvvəlində aşkarlanmış sənət əsəri 2010-cu ilədək üstü qumla örtülü vəziyyətdə mühafizə olunub. Bu yaxınlarda isə bərpa olunduqdan sonra turistlərin ziyarəti üçün açıq elan edilib.

“Həyat ağacı” adlandırılan tabloda bir ağac ətrafındakı üç ceyrandan biri aslan tərəfindən ovlandıqdan sonra, digər ikisinin sakit şəkildə həyatlarına davam etdiyi təsvir olunur. Mozaikada bununla müharibə və sülhə işarə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.