ELM VƏ TƏHSİL


Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Bakı, 10 avqust, AZƏRTAC 

İlin əvvəlinə ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda fəaliyyət göstərən doktoranturalarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alanlardır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda məlumat verilir.

Hesabatda bildirilir ki, bununla yanaşı, onların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 34,2 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə 2182 doktorantın 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 118-i biologiya, 80-i aqrar, 53-ü iqtisad, 48-i texnika, 29-u biologiya, 24-ü tarix, 23-ü pedaqogika, 26-sı yer elmləri, 140-ı isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub ki, onların da 62,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 86-sı qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.