İDMAN


“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir

Bakı, 18 iyul, AZƏRTAC

“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir.

AZƏRTAC xəbər verir ki, İstanbul klubu “Kalyari”nin müdafiəçisi Maurisio ilə razılıq əldə edib.

Çilili futbolçunun iyunun 19-da İstanbula gedəcəyi bildirilir. Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm “Kalyari”nin heyətində 34 oyuna çıxıb və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.