İDMAN


“Fənərbağça” klubu Sesk Fabreqasın izinə düşüb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi qış transfer pəncərəsində İngiltərənin “Çelsi” klubundan ayrılacağı gündəmdə olan Sesk Fabreqası heyətinə qatmaq niyyətindədir.

Artıq görüş üçün hazırlıqlar tamamlanmaq üzrədir. “Fənərbağça” qış fasiləsində London təmsilçisinə həm transfer, həm də icarə təklifi ilə müraciət edəcək. Klub prezidenti Əziz Yıldırımın tapşırığına əsasən, Fabreqasın keçidi üçün lazım olan hər bir iş görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.