İDMAN
“Fənərbağça” komandası “Krasnodar” (Rusiya), “Beşiktaş” klubu isə “Hapoel” (İsrail) ilə qarşılaşacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin püşkü atılıb. Püşkatmada Avropa Liqasının qrup mərhələsinin 24 qalibi və Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutan komandalar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsində onaltıdabir finalda aşağıdakı komandalar bir-birinə rəqib olublar:
“Atletik” (İspaniya) - APOEL (Kipr)
“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya)
“Anderlext” (Belçika) - “Zenit” (Rusiya)
“Astra” (Rumıniya) - “Genk” (Belçika)
“Mançester Yunayted” (İngiltərə) - “Sent-Etyen” (Fransa)
“Vilyarreal” (İspaniya) - “Roma” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan) - “Kopenhagen” (Danimarka)
“Selta” (İspaniya) - “Şaxtyor” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) - “Osmanlıspor” (Türkiyə)
“Gent” (Belçika) - “Tottenhem” (İngiltərə)
“Rostov” (Rusiya) - “Sparta” (Çexiya)
“Krasnodar” (Rusiya) - “Fənərbaxça” (Türkiyə)
“Borussiya Münxenqladbax” (Almaniya) - “Fiorentina” (İtaliya)
“Alkmaar” (Hollandiya) - “Lion” (Fransa)
“Hapoel” (Beyer-Şeva, İsrail) - “Beşiktaş” (Türkiyə)
PAOK (Yunanıstan) - “Şalke” (Almaniya)
UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin ilk oyunları gələn il fevralın 16-da, cavab matçları isə bir həftə sonra keçiriləcək.