CƏMİYYƏT


Fənn aylığı başa çatıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Bakıdakı 102 nömrəli tam orta məktəbdə “Azərbaycan dili və ədəbiyyat fənn aylığı”nın yekununa həsr olunan “Ədəbiyyat milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru Mailə İsmayılova tədris ocağının fəaliyyət planına uyğun olaraq, bu il oktyabrın 25-dən noyabrın 25-dək Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətini öyrənmək, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması yollarını araşdırmaq məqsədilə fənn aylığının keçirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, aylıq çərçivəsində müəllimlərin “açıq dərs”ləri dinlənilərək təhlil olunub, şagirdlər arasında bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.