Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkil etdikləri “Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi ərəfəsində olduğunu xatırladıb. Bu əlamətdar hadisə münasibətilə qonaqları və media təmsilçilərini təbrik edən icraçı direktor mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından medianın da üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb. Bildirilib ki, fond fəaliyyət göstərdiyi səkkiz ildə fikir, söz və məlumat azadlıqlarının genişləndirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, yaradıcı əməyinin stimullaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edən çoxsaylı layihələr həyata keçirib. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi fondun fəaliyyətində başlıca istiqamətlərdən biridir. Bu məqsədlə mütəmadi olaraq dövlət qurumları ilə birgə konfrans və müsabiqələr təşkil edilir.

Son illər ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı məqsədilə ardıcıl islahatların həyata keçirildiyini diqqətə çatdıran V.Səfərli biznes mühitinin daha da yaxşılaşdırılması, rəqabətədavamlı məhsulların istehsalının və ixracının genişləndirilməsində SMPDK-nın da mühüm xidmətlərinin olduğunu deyib. Bildirilib ki, komitə ilə birgə keçirilən müsabiqənin məqsədi qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin rolunun dolğun və obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında jurnalist əməyini stimullaşdırmaq, habelə jurnalistlərin bu sahədə peşəkarlıqlarını artırmaq olub.

V.Səfərli 2017-ci il yanvarın 26-dan aprelin 14-dək davam edən müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini, yazıların dörd ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. O deyib: “Müsabiqədə altı nəfər əsas, on nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Birinci yer üçün bir nəfər olmaqla 1000, ikinci yer üçün iki nəfər olmaqla 800, üçüncü yer üçün üç nəfər olmaqla 600 manat mükafat nəzərdə tutulub. Habelə on nəfər jurnalistin hər biri 200 manat məbləğində olmaqla həvəsləndirici mükafatlara layiq görülüb”.

SMPDK-nın sədri Ramiz Həsənov rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib, Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması və inkişafı istiqamətində ardıcıl islahatların aparıldığını bildirib. Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanını xatırladan komitə sədri qeyd edib ki, sənədə əsasən keyfiyyət infrastrukturunun əsas istiqamətləri olan standartlaşdırma, metrologiya və akkreditasiya, o cümlədən patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib, beynəlxalq tələblərə uyğun olaraq yeni publik hüquqi şəxslər təsis edilib. Avropalı ekspertlərlə birgə hazırlanmış “Texniki tənzimləmə haqqında” qanun layihəsi üzərində işin yekunlaşdığını və aidiyyəti üzrə təqdim olunduğunu deyən R.Həsənov qanunun qəbulundan sonra ölkədə istehsal edilən məhsulların təhlükəsizlik tələblərinin texniki reqlamentlərlə, keyfiyyət parametrlərinin isə standartlarla tənzimlənəcəyini deyib.

Metrologiya sahəsində milli etalon laboratoriyalarının bundan sonra da qurulacağını bildirən komitə sədri etalonların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nəticələrinin beynəlxalq ticarətdə tanınması, verilmiş sertifikat və laboratoriya protokollarının xarici ölkələrdə qəbul edilməsi məqsədilə də işlər aparılmaqdadır. Qeyri-neft ixrac potensialının gücləndirilməsi və ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu vəzifələrin icrası baxımından akkreditasiya proseslərinin xaricdə tanınmasına nail olmaq böyük əhəmiyyət daşıyır. Bu məqsədlə ölkəmizin Avropa Akkreditasiya Qurumuna üzvlüyü ilə bağlı artıq müraciət edilib və bununla bağlı yaxın günlərdə görüş keçiriləcək.

R.Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyət sahələrinin ictimaiyyət tərəfindən tanıdılmasında və keyfiyyət infrastrukturunun inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunu da xüsusi vurğulayıb. Bildirilib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmini istiqamətində xeyli işlər görülüb və bu siyasət davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb.

Dövlət qurumları ilə medianın sıx əməkdaşlığını vacib hesab edən komitə sədri KİVDF-nin bu sahədə böyük təcrübəsinin olduğunu bildirib. Qeyd edilib ki, fondun SMPDK ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi Azərbaycanda qeyri-neft ixracının təşviqinə, keyfiyyət infrastrukturunun inkişafına və bu sahənin ictimaiyyət arasında təbliğinə müsbət nəticələr verəcək. Belə ki, müsabiqə müddətində onlarla məqalələr dərc edilib, komitənin fəaliyyət istiqamətlərinin mövcud vəziyyəti araşdırılıb, mütəxəssislərdən müsahibələr alınıb və təkliflər verilib.

R.Həsənov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə fondun rəhbərliyinə, eləcə də müsabiqəyə qatılan jurnalistlərə minnətdarlığını bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qlobal maliyyə böhranı şəraitində Azərbaycanda qeyri-neft sektorunun inkişafı və rəqabətədavamlı ixrac məhsullarının istehsalı baxımından keyfiyyət infrastrukturu sahələrinin müstəsna rolunu vurğulayıblar. Natiqlər keçirilən müsabiqənin medianın və ümumilikdə ictimaiyyətin SMPDK-nın fəaliyyəti ilə daha yaxından tanış olmaları, eləcə də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək