CƏMİYYƏT


Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

A+ A

Bakı, 12 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi hesaba malik əcnəbilərin sayında da mütəmadi artım müşahidə olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ötən ay 207 nəfər, 2016-cı il ərzində isə 6 min 78 nəfər artaraq 33 min 940 nəfər təşkil edib. Ümumilikdə 2016-cı ildə fərdi hesabı açılan əcnəbilərin sayı 2015-ci illə müqayisədə 13,9 faiz və ya 744 nəfər çox olub. Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3 faizi (29 min 980 nəfər) kişilərdən, qalanları isə qadınlardan ibarətdir.

Ölkəmizdə fərdi hesabı olan əcnəbilərin təmsil etdikləri ölkələrin sayı da artır. Bu gün artıq fərdi uçot sistemində ümumilikdə 124 ölkənin vətəndaşı qeydiyyatdadır. Onların arasında Тürkiyə (15 min 686 nəfər), Gürcüstan (3 min 285 nəfər) və Rusiya (1964) vətəndaşları çoxluq təşkil edirlər. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1454), İran ( 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222) və s. ölkələrin vətəndaşları da var.

Azərbaycanda fərdi uçot sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildən ölkəmizin vətəndaşları kimi, respublikamızda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunurlar. Bununla da onlar fərdi hesablarında pensiya kapitalı formalaşdırmaqla, gələcək pensiya və digər sosial müdafiə hüquqları üçün əsas formalaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.