CƏMİYYƏT


Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 min 919 nəfər təşkil edir

Bakı, 29 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 min 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fərdi uçot sistemində şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yeri Türkiyə (14 min 799 nəfər), Gürcüstan (3286 nəfər) və Rusiya (2108 nəfər) vətəndaşları tuturlar. Eyni zamanda, Özbəkistandan 1764, Hindistandan 1476, İrandan 1011, Çindən 927, Banqladeşdən 871, Pakistandan 746, Böyük Britaniyadan 715, Ukraynadan 610, Türkmənistandan 330, Filippindən 376, ABŞ-dan 264, Almaniyadan 250, Qazaxıstandan 264, İtaliyadan 216 nəfər və s. ölkələrdən olan əcnəbilər sistemdə qeydiyyatdadır.

2006-cı il yanvarın 1-dən tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.

Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 2017-ci il 1 iyul tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.