İQTİSADİYYAT


Fərdi xidmətlər göstərən şəxslərin vergiyə cəlb olunması istiqamətində layihə hazırlanır

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, fərdi xidmətlər göstərən şəxslərin vergiləri ödəmə qaydalarının sadələşdirilməsi istiqamətində layihə hazırlanır.

AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, bu barədə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, nəzarət-kassa aparatlarının tətbiqinin mümkün olmadığı və nağd pul hesablaşmalarının aparıldığı həmin sahələrdə çalışan şəxslər üçün onların gəlirlərinə müvafiq aylıq sabit vergi forması müəyyən ediləcək. Fiziki şəxslər əldə etdikləri gəlirlərinin həcmindən asılı olmayaraq, aylıq vahid məbləğdə müəyyən edilən vergi ödəyəcəklər.

Sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də öz əksini tapıb.

Ə.Məmmədov deyib ki, yeniliklərin tətbiqi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə vergi inzibatçılığının yüngülləşdirilməsinə, vergi ödəmələrinin bəyannamə təqdim edilmədən sadələşdirilmiş qaydada yerinə yetirilməsinə imkan verəcək. Bu, həm də vergitutma bazasının genişləndirilməsində mühüm bir vasitə olacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.