MƏDƏNİYYƏT
Fərəc Qarayevin əsəri “Zamanın musiqisi: naməlum incilər” layihəsinin konsert proqramında
Bakı, 6 aprel, AZƏRTAC
“Yeni musiqi studiyası” ansamblının “Zamanın musiqisi: naməlum incilər” layihəsi çərçivəsində mayın 11-də Moskva Dövlət Tretyakov Qalereyasında keçiriləcək konsertdə bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin əsəri də səsləndiriləcək.
AZƏRTAC bəstəkarın və ansamblın rəsmi saytlarına istinadla xəbər verir ki, konsertdə Fərəc Qarayevin fleyta, bas-klarnet və fortepiano üçün yazdığı “Monsieur Bee Line - eeccentric" M-r Minister, are you still alive?)” (“Cənab Bi Layn – ekssentrik və ya Siz hələ də sağsınız, cənab nazir???!!!”) əsəri ifa ediləcək.
Əsəri “Yeni musiqi studiyası” ansamblının solistləri – Marina Rubinşteyn (fleyta), Anastasiya Tabakova (qoboy), Nikita Aqafonov (klarnet), Natalya Çerkasova (fortepiano) təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]