REGİONLAR


Fermer: Əkin-biçin işlərində istifadə etdiyimiz texnikalar dizel yanacağı ilə işləyir

Ağsu, 16 iyul, AZƏRTAC

Ağsu rayonunun Daşdəmirbəyli kənd sakini İntiqam Bağırov ailəvi fermer təsərrüfatına sahibdir. Uzun illərdir taxılçılıq və heyvandarlıqla məşğul olur.

O, AZƏRTAC-ın müxbirinə bildirib ki, aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsul olan pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi bu sahəyə marağını artırıb və cari il 8 hektarda “ağ qızıl” yetişdirir. Yüksək aqrotexniki qaydada aparılan və hazırda davam etdirilən becərmə işləri bol məhsul üçün möhkəm zəmin yaradıb. Sahələrdən azı 30 sentner məhsul gözləyir.

İntiqam Bağırov əkin-biçin işlərində “Belarus” markalı traktordan istifadə edir. Bu texnika onun özünə məxsusdur.

“Aİ-92” markalı benzinin qiymətinin artırılmasına münasibət bildirən təsərrüfat rəhbəri deyib: “Biz fermerlərin əkin-biçin işlərində istifadə etdiyimiz texnikalar dizel yanacağı ilə işləyir. Ona görə də bu artım işimizə təsir etməyəcək. İndiyədək necə çalışmışıqsa, bundan sonra da işləyəcək, ölkəmizdə ərzaq bolluğunu yaradılmasına öz töhfəmizi verəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.