REGİONLAR


Fermerlər qabaqcıl kənd təsərrüfatı təcrübələrini öyrənirlər

Gəncə, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Aqrobiznes Assosiasiyası (GABA) "Ağıllı fermer təsərrüfati" layihəsi çərçivəsində yaradılmış istehsalçı qruplar üçün təlimlər keçirir.

AZƏRTAC xəbər verir ki, ikinci təlim Göygöl rayonunun Topalhəsənli kəndində G.A.P. (Qabaqcıl Aqrar Təcrübələr) standartları çərçivəsində giləmeyvə bağının becərilməsi üçün sahənin seçilməsi və kultivasiyaya hazırlıq haqqında olub. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd kənd sakinlərini və fermerləri dünyada tətbiq olunan qabaqcıl kənd təsərrüfatı təcrübələri və standartları barədə məlumatlandırmaqdır.

İstehsalçıların marağına səbəb olan təlimin sonunda ekspertlər fermerlərin suallarını cavablandırıb və tövsiyələrini veriblər.

Qeyd edək ki, "Ağıllı fermer təsərrüfatı" layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.