REGİONLAR


Fermerlər yeni texnologiyalar haqqında maarifləndiriliblər

A+ A

Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazlı fermerlər “Tərəvəz və bostan bitkilərindən yüksək məhsul alınması texnologiyası” mövzusunda elmi-praktiki seminara cəlb olunub.

AZƏRTAC xəbər verir ki, Qusarçay Bölgə Təcrübə Stansiyasında təşkil olunan seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları və digər mütəxəssislər mövzu ətrafında fermerlərlə fikir mübadiləsi aparıb, bu sahədəki yeniliklərdən danışıblar.

Bildirilib ki, son illər ölkəmizdə, o cümlədən şimal bölgəsində meyvəçiliklə yanaşı, tərəvəzçilik də inkişaf etməkdədir. Tərəvəz və bostan bitkilərinin becərilməsi ilə məşğul olan əksər fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün yeni texnologiyalardan yararlanırlar.

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov qeyd edib ki, elm ocağının Yardımçı Təcrübə Təsərrüfatında, Bölgə Zona Təcrübə stansiyalarında, Dayaq Məntəqəsində tərəvəz, bostan və kartof sortlarının məhsuldarlığının artırılması istiqamətində bir sıra elmi tədqiqat işləri aparılır. Bu işlərin nəticəsində yeni sortların yaradılmasına, müasir texnologiyaların tətbiqinə, zərərverici və xəstəliklər kompleksinə qarşı əlverişli mübarizə tədbirlərinə, məhsulların saxlanması və emalına aid səmərəli təkliflər işlənib hazırlanaraq fermerlərə təklif olunur.

Fermerlərə tövsiyə olunub ki, məhsuldarlığın artırılması üçün görülən aqrotexniki tədbirləri mütəxəssislərin rəyinə əsasən həyata keçirsinlər.

Seminar çərçivəsində mütəxəssislər fermerləri maraqlandıran sualları cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Elmi-praktiki seminar çərçivəsində fermerlər Qusarçay Bölgə Təcrübə Stansiyasının balansında olan yeni texnologiya ilə becərilən əkin sahələrinə baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.