İQTİSADİYYAT


Fermerlərə çağırış: “Səba”dan toxum al və hazır məhsulunu geri - “Səba”ya sat!

Bakı, 1 mart, AZƏRTAC

“Qarabağ Taxıl” müəssisəsi əkinçi-fermerlərə qarğıdalı və soya toxumu satışına başladığını elan edir.

“Səba” şirkəti bildirir ki, həm hüquqi, həm də fiziki şəxslər yüksək keyfiyyətə malik toxum almaq üçün “Qarabağ Taxıl”a müraciət edə bilərlər. Müəssisə həm öz istehsalı olan, həm də eksklüziv distribüteri olduğu beynəlxalq şirkətlərin qarğıdalı və soya toxumlarını təklif edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” 5 ilə yaxındır ki, qarğıdalı əkini ilə məşğul olur. Sağlam təsərrüfat yaradan “Qarabağ Taxıl” yalnız qeyri-GMO toxumlardan məhsul becərir. Ölkədə ilk dəfə böyük ərazidə soya əkini də bu müəssisənin adı ilə bağlıdır. Fermerlər “Qarabağ Taxıl”ın sınaqdan çıxmış, yüksək keyfiyyətə və məhsuldarlığa malik qarğıdalı və soya paxlası toxumlarını müəssisədən ala bilərlər.

Dünyada məşhur qarğıdalı toxumu istehsalçısı “Pioneer” şirkətinin Azərbaycanda eksklüziv distribüteri kimi, “Qarabağ Taxıl” bu brendin toxumlarını da təqdim edir. “Pioneer” qarğıdalı toxumları 50 və 80 min ədədlik kisələrdə satılır.

“Qarabağ Taxıl” fermerlərə tək toxum təklif etməklə kifayətlənmir. Fermerlərə dərmanlama, lazım olan toxum sortlarının seçilməsi, bitkinin becərilməsi istiqamətində məsləhətlər də verir. Qeyd etmək yerinə düşər ki, müəssisə bu məqsədlə “Pioneer” şirkəti üçün Ayova Dövlət Universiteti alimlərinin hazırladıqları “Qarğıdalı və soya sahələri üçün bələdçi” kitabçasını Azərbaycan dilinə tərcümə edib.

“Qarabağ Taxıl”ın fermerlərə təklifləri toxum satışı, aqrotexniki qulluq və becərmə ilə bağlı məsləhətlərlə yekunlaşmır. Şirkət daha cəzbedici təkliflə çıxış edir: “Qarabağ Taxıl” fermerlərdən becərdikləri məhsulu almağa hazırdır.

Toxum və məsləhət almaq istəyən fermerlər 050 271 82 00 telefon nömrəsindən satış şərtləri, çatdırılma müddəti, satış məntəqələri və onları maraqlandıran digər məsələlər barədə daha ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, “Qarabağ Taxıl” “Səba” şirkətinin müəssisələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.