REGİONLAR


Fermerlərin toxum ala biləcəkləri müəssisələrin siyahısı açıqlanıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti fermerlərin toxum ala biləcəkləri müəssisələrin siyahısını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, siyahıda 2016-cı ildə 1-ci və 2-ci reproduksiyalı taxıl toxumları istehsal edən kənd təsərrüfatı istehsalat müəssisələri MMC-lərin və özəl toxumçuluq təsərrüfatlarının adları yer alıb. Siyahı 40 rayondan 168 hüquqi və fiziki şəxsi əhatə edir. Siyahıda şəxslərin adları və onlara verilmiş sertifikatların nömrələri ilə yanaşı, ünvanları, becərdikləri arpa və buğda toxumlarının sortları da qeyd edilib.

Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə Əsasnaməyə uyğun olaraq yaradılmış Attestasiya Komissiyasından keçdikdən sonra şəhadətnamə alıb, reyestrə düşə bilərlər.

Attestasiyadan keçmək üçün verilən tələblərdən 2 ildən az olmayan iş təcrübəsini, toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün mülkiyyətində, icarəsində və ya istifadəsində taxıl toxumçuluğu üzrə minimum 50 hektar, pambıq toxumçuluğu üzrə minimum 15 hektar, meyvə, üzüm və çay tingliyi üzrə minimum 1 hektar, tərəvəz toxumçuluğu üzrə minimum 5 hektar torpaq sahəsinin olmasını, bölgənin torpaq-iqlim şəraitindən asılı olaraq, elmi cəhətdən əsaslandırılmış toxumçuluq üzrə növbəli əkin sisteminə əməl etməsini və digər xüsusiyyətləri qeyd etmək olar.

Siyahı ilə bu linkdən tanış olmaq mümkündür: http://sorttoxumagro.gov.az/public/pdf/Toxum_istehsalcilari_2016.xlsx.pdf.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.