İDMAN


Fernando Alonso: Hunqarorinq unikal xarakteristikaları olan əla trasdır

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

“Maklaren” komandasının pilotu Fernando Alonso Macarıstan Qran-prisi ilə bağlı gözləntilərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, yarışlar iyulun 22-24-də keçiriləcək.

“Autosport” Fernando Alonsonun bu sözlərini sitat gətirib: “Hunqarorinq unikal xarakteristikaları olan əla kiçik trasdır. Sırf yürüş trası olmasına baxmayaraq, konfiqurasiyasına görə şəhər trasını xatırladır: daha yaxşı nəticə əldə etmək üçün burada maksimum dəqiqlik və konsentrasiya lazımdır. Dövrəni sürətlə qət etmək üçün döngələrdə güclü həmlə lazımdır. Lap kartinqdə olduğu kimi. Odur ki, avtomobilin tarazlığının və sıxma gücünün yaxşı olması vacibdir. Bir çox digər traslardan fərqli olaraq, mühərrikin gücü elə bir əhəmiyyət daşımır. Bununla belə, onu asta da adlandıra bilməzsiniz. Ümidvaram ki, “uik-end”in əvvəlindən avtomobilin bütün potensialından istifadə etmək və zövq almaq üçün onu düzgün kökləmək lazımdır”.

Aktivində 18 xalı olan Fernando Alonso bu mövsümdə çempionatda 14-cü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.