Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında “Ermənistan körpüsü”

Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında “Ermənistan körpüsü”

Qlobal miqyasda geosiyasi proseslərin sürətlənməsi ilə müxtəlif regionlarda mümkün dəyişikliklər daha da aktuallaşır. Sirr deyil ki, 2017-ci il Qərblə Rusiya arasında intensiv siyasi dialoqla başlayıb. Tərəflər müxtəlif aspektləri müzakirə edirlər, lakin hələlik ziddiyyətlər üstünlük təşkil edir. Bunun fonunda Ermənistan kimi kiçik ölkələrin tutacağı mövqe də maraq doğurur. O cümlədən Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqının münasibətlərinin məzmunu aspektində Yerevanın oynadığı rol ilə bağlı müəyyən fikirlər səsləndirilir. Erməni ekspertlər iki təşkilat arasında "körpü" rolu oynamaqdan bəhs edirlər. Bəs reallıqda vəziyyət necədir? Ermənistan doğrudanmı iki böyük təşkilat arasında birləşdirici faktor ola bilər? Bu kimi məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

Ermənistan-Avropa İttifaqı: qısa tarixi baxış

2013-cü ildə Ermənistanla Avropa ittifaqı (Aİ) arasında assosiasiya sazişinin imzalanması gözlənilsə də, eyni vaxtda Ermənistan prezidentinin ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı rəsmi açıqlamasından sonra Aİ ilə Ermənistanın ikitərəfli münasibətlərində durğunluq dövrü başladı. Bu əlaqələrin zəifləməsində maraqlı olmayan rəsmi Yerevan assosiasiya sazişinin yalnız siyasi hissəsini imzalamağa hazır olduğunu bildirsə də, Avropa Komissiyası bunu mümkünsüz hesab etdi. Assosiasiya sazişinin siyasi və ticarət hissələrinin vahidlik təşkil etdiyini qeyd edən Avropa Komissiyası onun siyasi hissəsinin ayrıca imzalanması təklifinə mənfi cavab verdi.

Keçən müddət ərzində ermənilər Fransa və digər Avropa ölkələri ilə lobbiçilik fəaliyyətindən istifadə edərək Aİ ilə əlaqələrinin gücləndirilməsi məqsədilə səylərini artırdı, nəticədə, 2015-ci ilin oktyabr ayında Aİ Xarici Əlaqələr Şurası tərəfindən Ermənistan ilə yeni saziş üzrə danışıqlara başlanması üçün mandat verildi. Danışıqlar rəsmən 7 dekabr 2015-ci il tarixində başladı və indiyədək danışıqların 5 raundu keçirilib.

Ermənistanın "Avropa dəyərləri"

Bir ildən artıq müddət ərzində Ermənistan ilə Avropa İttifaqı arasında danışıqların nəticəsi kimi yeni çərçivə sazişinin imzalanması üzrə müzakirələr intensivləşsə də, Aİ rəsmiləri Ermənistanın müvafiq istiqamətdə əməli addımlar atmamasını narazılıqla qarşılayırlar. Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında "körpü" rolunu oynayacağına inandırmağa çalışan Ermənistan hər il Aİ-dən 50 milyon avro məbləğində pulun ayrılmasına nail olur ki, bu da Ermənistana ayrılan bütün donor gəlirlərinin yarısını təşkil edir. Ümumilikdə 1992-2016-cı illər ərzində donor yardımı çərçivəsində Aİ tərəfindən Ermənistana 500 milyon avro ayrılıb.

Avropa Komissiyasının rəsmilərinin hazırladığı hesabat və açıqlamalarından bəlli olur ki, Yerevanla əməkdaşlığın perspektivləri ilə bağlı pessimist fikirlər güclənməkdədir. Ermənistanla bir ildən artıq müddətdə aparılan danışıqlara baxmayaraq, iqtisadiyyat üzrə əməkdaşlıq prioritetlərinin hələ də müəyyən edilməməsi, ticarət üzrə gömrük rüsumları və digər sahələrdə standartların təqdim olunmaması məsələni daha da çətinləşdirib.

Təbii haldır ki, Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında "ticarət qovşağı" rolunu oynaması haqda təklifi Brüssel tərəfindən şübhə ilə qarşılanıb. Ermənistanın Aİİ-yə üzvlüyündən irəli gələn öhdəliklərə üstünlük verməsini yaxşı anlayan Aİ müvafiq məsələlərdə Ermənistana geniş imkanlar yaratmaq, başqa sözlə, kart-blanş vermək niyyətində deyildir.

Aİ çox gözəl anlayır ki, iqtisadiyyatının aparıcı sahələri Rusiyanın təsiri altında olan Ermənistanın hakimiyyəti islahatlar sahəsində öz nailiyyətlərini şişirdərək Avropa İttifaqından yeni çərçivə sazişində özü üçün müəyyən imtiyazlar əldə etmək istəyir.

Avropa Komissiyası Ermənistanın bu təklifini qeyri-mümkün hesab etsə də, Ermənistan özünəməxsus ənənəvi cəhdləri ilə sözügedən sənədin 2017-ci ilin ilk yarısında imzalanmasına nail olmaq istəyir. Bu məqsədlə Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə səfəri də gözlənilir. Səfərin əsas məqsədi Avropa İttifaqı-Ermənistan yeni ikitərəfli saziş layihəsi üzrə danışıqları yekunlaşdırmaq və onun imzalanmaya hazır olması xəbərini elan etməkdir. Bu xüsusda Sarkisyanın Brüsselə səfəri Aİ ilə ikitərəfli münasibətlərdə əldə edilmiş irəliləyişi seçki ərəfəsi Ermənistan ictimaiyyətinə hakimiyyətin uğuru kimi qələmə vermək, nəticədə, parlament seçkilərində mənsub olduğu partiyanın qalibiyyət ehtimalını gücləndirmək məqsədini güdür.

Eyni zamanda, Rusiya ilə apardığı danışıqlarda Aİ ilə imzalanacaq yeni müqaviləni "əhəmiyyətsiz" sənəd kimi qələmə verərək ikili oyun oynayan rəsmi Yerevanın sözügedən sənədi son anda imzalamaqdan imtina edə biləcəyi istisna olunmur. Çünki iqtisadi-siyasi cəhətdən müstəqil olmayan dövlətin bu cür qeyri-müəyyən addımlar atması təəccüb doğurmur. Hələ 2013-cü ildə biz oxşar vəziyyətin şahidi olmuşduq.

Aİİ ilə Aİ arasında: reallıqlar və Ermənistanın hiyləgər gedişləri

Lakin Ermənistanın oynadığı bütün bu oyunlara rəğmən, Avropa İttifaqının erməni lobbisinin təzyiqlərinə necə reaksiya verəcəyi barədə dəqiq fikir bildirmək bir qədər çətindir. Çünki bəzi hallarda böyük dövlətlər öz maraqları naminə lobbilərin imkanlarından istifadə edirlər. Erməni lobbisi də uzun illərdir məhz bu güclərin əlində "ara qarışdıran maşa"dır. Bunlarla yanaşı, məsələnin başqa tərəfi də var ki, reallığa daha uyğundur. Biz, Ermənistanın, ümumiyyətlə, Aİ-Aİİ arasında "körpü" rolunu oynamaq imkanına malik olub-olmamasını nəzərdə tuturuq.

Yəni məsələni erməni ekspertlərin süni şişirtməsi hələ reallıq demək deyil. Avropa İttifaqı ilə Ermənistanın münasibətlərinin qısa xronologiyası belə orada qara ləkələrin olduğunu açıq göstərir. Əsas məqam həmin kontekstdə aşağıdakılardan ibarətdir: Rəsmi Yerevan Brüsselə verdiyi vədləri qısa müddətdə və gözlənilməz hərəkətlə pozdu. Serj Sarkisyan xislətinə uyğun davranışla Ermənistanın Rusiyanın geosiyasi, hərbi, iqtisadi, mədəni və təhlükəsizlik çətiri altında olmaq istədiyini 2013-cü il sentyabrın 3-də Moskvada bəyan etdi. Həmin dövrdə Avropa noyabrda keçiriləcək Vilnüs sammitində Yerevanın Aİ-yə assosiativ üzv olmasını gözləyirdi.

Adi insanlar arasında S.Sarkisyanın bu hərəkətinə xəyanət deyilir, siyasətdə isə "seçim" adlandırılır. Hər bir halda, yuxarıda vurğulanan tarixi hətta erməni analitiklərin əksəriyyəti ölkənin geosiyasi seçim anı kimi xarakterizə edirlər. Bu, reallıqdır. İndi həmin müstəvidə Ermənistanın Aİİ ilə Aİ arasında hansı mənada "körpü" rolunu oynaya biləcəyinə baxaq.

Ümumiyyətlə, Avropanın belə bir körpüyə ehtiyacı varmı? Təbii ki, yoxdur, çünki Qərbin Rusiyaya "körpü" anlayışının öz məzmunu var və orada Ermənistan kimi forpost bir dövlət minimum rol oynaya bilər. Problemin bu tərəfi kifayət qədər aydındır. Onların bəzilərini xatırladaq. Birincisi, Ermənistanın geosiyasi rolu çox zəifdir. Onun müstəqil olaraq regionda geosiyasi proseslərə təsir imkanları olduqca məhduddur. Bunu BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük yarışında hamı bir daha aydın gördü.

İkincisi, Ermənistanın dövlət kimi imici qeyri-müəyyəndir. Erməni ekspertlər belə bir sıra hallarda sualı aşağıdakı kimi qoyurlar: "Müstəqil erməni dövlətçiliyi baş tutubmu?" Və cavab heç də müsbət olmur.

Üçüncüsü, Ermənistan qonşu dövlətin ərazisini işğal edib və onu tərk etmək istəmir. Belə olan halda Aİ hansı statusla təcavüzkardan əməkdaşlıq üçün körpü kimi istifadə edə bilər? Bu, Avropa İttifaqının nüfuzuna ciddi zərər verməzmi? Təbii ki, verər. Həm də Azərbaycanın malik olduğu beynəlxalq imicin fonunda bu, olduqca pis görünər. Budur, Bakıda dünyanın iki böyük gücünün rəsmiləri görüşüb təhlükəsizlik məsələsini müzakirə edirlər. Yerevanda kimlər görüşür və nəyi müzakirə edirlər? Bir nümunə belə yoxdur.

Nəhayət, dördüncüsü, Ermənistanın xarici siyasətində əməkdaşlıq, sülh və barışın konkret əlaməti yoxdur. Bunu təsdiq edən faktorlardan biri bu ölkənin bütün regional əməkdaşlıq formatlarından, layihələrdən kənarda qalmasıdır. Elə bir format yoxdur ki, Yerevan hansısa formada orada olsun. Məntiq aydındır – öz regionunda qonşu dövlətlərlə əlaqə qura bilməyən bir kiçik ölkə iki böyük birlik arasında necə körpü rolunu oynaya bilər?

Əslində, Ermənistanın Aİ ilə münasibətlərinin dinamikası da yuxarıdakı nəticənin düzgünlüyünü təsdiqləyir. 2013-cü ildən sonra Aİ-Ermənistan əlaqələri iflic vəziyyətinə düşdü. Bir müddət Brüssel Yerevanı yaxın buraxmadı. Lakin sonralar müəyyən qədər əlaqələrə start verildi. 2015-ci ilin dekabrından isə yenidən danışıqlara təkan verildi. İndi fərqli çərçivə sazişi üzərində iş aparılır. Siyasi aspektlə bağlı 2013-cü ildə olan vəziyyət dəyişməyib. Altı mərhələli danışıqlar zamanı tərəflər arasında siyasi münasibətlərə konkret məzmun verilib.

Ermənistan artıq Aİİ üzvü kimi bu sahədə müəyyən funksiya yerinə yetirə bilərdi. Çünki Avrasiya İqtisadi İttifaqına daxil olandan sonra Yerevanın geosiyasi, hərbi və təhlükəsizlik sferalarında təşkilat qarşısında öhdəlikləri vardır. Deyək ki, S.Sarkisyan toplantılarda Aİİ üzvlərindən (KTMT çərçivəsində) onu müdafiə etməsini tələb edir. Hətta Türkiyəni NATO üzvü kimi misal göstərir, onu Yunanıstanın müdafiə etdiyini deyir. Deməli, S.Sarkisyan birmənalı olaraq təhlükəsizliyi Aİİ ilə bağlayır.

Rəsmi Yerevan siyasi-iqtisadi aspektlərdə də Aİİ-dən tam asılıdır. Ermənistanın yeni hökumətinin islahatlar paketi adlandırdığı "proqramında" bu məqam geniş əks olunub. Yerevanda məlum toqquşma proseslərindən aydın oldu ki, hakimiyyət məsələsinə Kremlin təsiri olduqca böyükdür. Orada Moskvanın razılığı olmadan nə isə etmək çox çətindir. Belə olan halda Ermənistanla Avropa İttifaqı arasındakı siyasi münasibətlər hansı səviyyədə mümkündür? Çox məhdud və daha çox formal məzmunda bu, alına bilər.

İqtisadi element daha çətin şərtlə bağlıdır. Ermənistanın iqtisadi infrastrukturu demək olar ki, tamamilə nəzarət altındadır. Ermənilərin müstəqil ekspertləri konkret faktlarla sübut edirlər ki, iqtisadi sahədə rəsmi Yerevanın müstəqil formada hər hansı addım atması imkansızdır. Məsələn, hətta vergi sahəsində Yerevanın ixtiyarı özündə deyil. Ölkənin xarici əlaqələrinin strategiyası Aİİ-nin maraqlarına uyğun müəyyənləşib. Enerji, maliyyə kimi vacib sahələrdə infrastruktur birbaşa Rusiyaya bağlıdır. Rusiya ilə Aİ arasında həmin sahələrdə əməkdaşlığın nə vəziyyətdə olduğu məlumdur. Belə bir situasiyada Ermənistan iki təşkilat arasında heç bir körpü rolunu oynaya bilməz. Bu, absurd iddiadır.

Əməkdaşlığın səviyyəsi və potensialı: Yerevan nəyə ümid edə bilər?

Aİ bir sıra ümumi sahələrdə əlaqələri inkişaf etdirə, məsələn, viza rejimini liberallaşdıra bilər. İnsanların sərhədləri asan keçməsi demək olar ki, əksər dövlətlər arasında müzakirə olunur və bu mənada o, ümumi xarakter daşıyan prosesdir. Hansısa imtiyazdan söhbət getmir. Başqa məsələ Avropa İttifaqının hava məkanının açılması ilə bağlıdır. Bu istiqamətdə də Aİ bir sıra ölkələrlə əməkdaşlıq edir və yenilərini əlavə eməkdədir. Burada Aİ-Aİİ əlaqələrinin hansısa əhəmiyyəti yoxdur.

Aİ ilə Ermənistan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın müzakirəsinin Avrasiya İqtisadi İttifaqı faktoruna nə dərəcədə aidiyyəti olduğu məlum deyil. Çünki Ermənistanın nə təhsil sistemi, nə də mədəni potensialı iki təşkilatı bir-birinə bağlaya bilmək iqtidarında deyil. Burada rus mədəniyyəti və təhsil sisteminin aparıcı mövqedə olması danılmaz faktdır. Buna görə də bu iki sahə üzrə əlaqələrin yalnız Ermənistanın özünə hansısa xeyri dəyə bilər. Bundan başqa, Ermənistan elm, təhsil, mədəniyyət, turizm kimi sahələrdə hansı beynəlxalq tədbiri həyata keçirib? Bu istiqamətlərdə Yerevanla əlaqəsi olan böyük təşkilatlar, yaxud tanınmış adamlar varmı? Xatırlamırıq.

Belə olan halda Ermənistanın Aİ ilə Aİİ arasında körpü rolunu oynaması iddiası gülünc görünmürmü? Hələ özünün müstəqilliyinə nail ola bilməyən, tam asılı halda olan təcavüzkar və kiçik bir ölkənin beynəlxalq arenada heç bir etimadı ola bilməz.

Beləliklə, Ermənistanın mövcud şərtlər daxilində özünün geosiyasi statusunu yüksəltmək iddiası hər şeydən əvvəl xülyadır. Ancaq onun üçün bir çıxış yolu var. Əgər rəsmi Yerevan işğal etdiyi Azərbaycan ərazilərini tərk etsə, onda Bakı onun üçün əlavə şərait yarada bilər. Tədricən müxtəlif beynəlxalq layihələrə qoşulmaqla Ermənistan sivil proseslərə qoşula bilər. O halda yenə də Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatları çərçivəsində Yerevan dünya ilə hansısa real əlaqələr sistemi qurmaq üzərində düşünə bilər. Nəticədə, Cənubi Qafqazın bir ölkəsi kimi Ermənistan həm də Aİ-Aİİ münasibətlərində hansısa ciddi rol oynaya bilər. Başqa halda onun istənilən addımı iflasa uğrayacaq.

Səadət Rəhimli

Newtimes.az 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək