İDMAN


“Ferrari” yeni maşınını təqdim edəcəyi vaxtı açıqlayıb

Bakı, 20 dekabr, AZƏRTAC

Formula-1 komandaları bayram fasiləsindən sonra növbəti mövsümə hazırlıqlarını davam etdirəcəklər.

AZƏRTAC f-1.az saytına istinadla xəbər verir ki, onların qarşısında duran başlıca vəzifə maşınların hazırlanması, çarpma (krəş) testlərdən keçirilməsi və təqdim edilməsidir.

“Ferrari” yeni maşınının təqdimat tarixini ilk açıqlayan komanda olub. Maşın qış testlərinin başlamasına üç gün qalmış – fevralın 24-də təqdim olunacaq. Komandanın rəhbərliyi bu məlumatı Fyoranoda təşkil olunmuş korporativ milad naharı zamanı açıqlayıb.

Maşının “Ferrari” üçün doğma olan Fyorano trasında təqdim olunması və rəsmi çəkiliş gününün təşkil olunması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.