İQTİSADİYYAT


Fevralda “Azərenerji” ASC tərəfindən 1, 908 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Bakı, 6 mart, AZƏRTAC

2017-ci ilin fevral ayında ölkə enerjisi sistemində 1, 937 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1, 908 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Qeyd edək ki, ötən ilin fevral ayı üzrə ölkə enerji sistemində elektrik enerjisi istehsalı 1, 905, “Azərenerji” ASC-də isə 1,876 milyard kilovat-saat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.