İQTİSADİYYAT
Fevralda SOCAR 73,7 min tonadək dizel yanacağı ixrac edib
Bakı, 1 mart, AZƏRTAC
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 73 min 693 ton dizel yanacağı, 3 min 983 ton təyyarə yanacağı, 8 min 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 232 ton maye piroliz qətranı, 5 min 184 ton propilen və 2 min 41 ton butilen butadien fraksiyası ixrac edib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə cari ilin yanvar-fevral ayları ərzində 145 min 152 ton dizel yanacağı, 10 min 936 ton təyyarə yanacağı, 16 min 366 ton yüksək təzyiqli polietilen, 1 min 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 min 397 ton maye piroliz qətranı, 8 min 292 ton propilen və 4 min 782 ton butilen butadien fraksiyası ixrac olunub.
Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 561,35 ABŞ dolları, təyyarə yanacağının - 512,71 dollar, dizel yanacağının - 485,98 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 319,1 dollar, yüksək təzyiqli polietilenin 1280 dollar, butilen butadien fraksiyasının 753,775 dollar, maye piroliz qətranının - 561,35 dollar, propilenin 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin 1045 avro təşkil edib.