DÜNYA
Fevralın 17-də Yaponiyanın bir sıra rayonlarında gözlənilməz isti hava şəraiti müşahidə olunub
Tokio,17 fevral, AZƏRTAC.
Fevralın 17-də Tokioda və Yaponiyanın bir sıra regionlarında cənubdan gələn şiddətli küləklər nəticəsində ilin bu vaxtı üçün gözlənilməz isti hava şəraiti müşahidə olunub.
Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata əsasən, atmosfer təzyiqinin həddindən artıq aşağı düşməsi Yaponiyanın Sakit okean sahillərində güclü cənub küləyi əmələ gətirib. Bəzi yerlərdə küləyin sürəti saatda 80 kilometrə çatıb.
Tokionun mərkəzi rayonlarında termometrlərin civə sütunu müsbət 19 dərəcəyədək qalxıb. Yaponiyanın bəzi qərb rayonlarında günorta vaxtı havanın temperaturu müsbət 20 dərəcəni keçib. Yaponiyada belə isti hava şəraiti adətən aprelin sonu, mayın əvvəllərində müşahidə olunur.
Meteoroloqlar əhalini güclü küləkdən və torpaq sürüşmələrindən qorunmağa çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]