MƏDƏNİYYƏT


Fəvvarələr meydanında növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC 

Dekabrın 1-dən 2017-ci ilin yanvarın 15-dək “Nargis Fund”un rəhbərliyi və “Amapola Exclusive Events”in təşkilati dəstəyi ilə Fəvvarələr meydanında növbəti - dördüncü “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə ehtiyacı olan uşaqlara (müalicə, əməliyyat və s.) yardım göstərəcəklər. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Yarmarkanın sponsorları və iştirakçıları tərəfindən böyüklər və uşaqlar üçün təşkil olunacaq çoxsaylı əyləncə və sürprizlər Fəvvarələr meydanında möhtəşəm Yeni il bayramı ab-havası yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.