Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fəxri xiyabanı muzeyə çevirən əsərlər

Bakı, 13 iyul, AZƏRTAC

Dünyasını dəyişmiş insanın xatirəsinin məzarüstü abidədə əbədiləşdirilməsinin çoxəsrlik tarixini izləməli olsaq, onda bu təşəkkülün çox-çox qədimlərdən başlandığını söyləməliyik. Bütpərəstlik dövrünün çeşidli inam qaynaqlarından başlanan memorial-xatirə heykəltəraşlığımız sonralar özünü balballarda, sxematik həll olunmuş şaquli daş formalarında, at, qoç və şir heykəllərində və nəhayət, mərhumla oxşarlığı danılmaz olan plastika nümunələrində təzahür etdirib. Azərbaycan memarlığında xüsusi yeri olan məqbərə və türbələrin bilavasitə tanınmış adamların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı olduğunu da nəzərə alsaq, onda deyə bilərik ki, zamanında işıqlı əməlləri ilə xalqının sevgisini qazanan insanlara ehtiram ənənəsi rəngarəng formalarda olub. Hazırda bu ənənənin davamı onun cəmiyyət üçün məna kəsb etdiyini təsdiqləyir. Bütün bunlarla yanaşı, demək lazımdır ki, memorial-xatirə heykəltəraşlığı sənətin inkişafına nə qədər müsbət təsir göstərsə də, indiki halda mərhumlara ənənəviləşən münasibət, onun bütpərəstlik zamanından bir o qədər də fərqlənmədiyini təsdiqləyir. Hazırda işıqlı əməlləri ilə insanların yaddaşına hopanlardan çox, həyatı boyu elin dərd-sərindən uzaq olan imkanlılara dəbdəbəli məzarüstü abidələrin qoyulması və məqbərələrin hazırlanması da bunun göstəricisidir. Rəsmi dövlət qurumlarının bununla əlaqədar narahatlığını ifadə etmələri də bu mənada təbii qəbul olunur...

Müasir dövrdə respublikamızın bütün bölgələrində bu cür abidələrə rast gəlinsə də, onların əsasən Bakıdakı I və II Fəxri xiyabanda cəmləşdiyi danılmazdır. Fəxri xiyabanın Azərbaycan SSR Nazirlər Kabinetinin 1948-ci il 27 avqust tarixli 680 nömrəli sərəncamı ilə yaradıldığını nəzərə alsaq, onda bu məsələnin dövlət əhəmiyyəti daşıdığını da qeyd etməliyik. Beləliklə, bu gün Azərbaycanın çox tanınmış simalarının məzarlarının yerləşdiyi indiki Fəxri xiyabanın təməli 1948-ci ildə qoyulub. O vaxta qədər paytaxtda belə bir məkanın mövcudluğu dilə gətirilməsə də, 20-30-cu illərdə indiki M.Ə.Sabirin abidəsinin yaxınlığında, İçərişəhərin qala divarları önündə bir-neçə rus zabitinin məzarı olub. Elə Fəxri xiyaban yaradılanda Azərbaycanın bir-neçə məşhur ədəbiyyat və incəsənət xadimi ilə yanaşı, onların da məzarları yeni məkana köçürülüb. Sərəncamda paytaxtın müxtəlif yerlərində dəfn olunmuş Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin adları yer almışdı. Fəxri xiyabanda həm də onların qəbirüstü abidələri qoyulmalı idi. Bölgələrdə isə Molla Vəli Vidadinin (Qazax), Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin (hər ikisi Şamaxı) qəbirüstü abidələri qoyulmalı idi. Sərəncam icra edilmiş və Fəxri xiyaban paytaxt sakinlərinin və respublikamızın qonaqlarının tez-tez baş çəkdikləri məkana çevrilmişdir. Son məlumatlara əsasən, hazırda I Fəxri xiyabanda 250-dən, II Fəxri xiyabanda isə 500-dən çox məşhur simanın məzarı yerləşir. Etiraf etmək lazımdır ki, respublikaya uzun müddət rəhbərlik etmiş Heydər Əliyevin (1923-2003) I Fəxri xiyabanda dəfn olunması bu məkana marağın artmasına səbəb olub. Onun buradakı qəbirüstü abidəsini isə tanınmış tişə ustası Ömər Eldarov hazırlayıb.

Memorial abidəni özünəməxsus bədii tutumda həll edən müəllif, kompozisiyaya Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini və onun rəhbərlik etdiyi respublikanın xəritəsini daxil edib. Bu memorial kompleksdə Heydər Əliyev görməyə adət etdiyimiz vüqarlı və özünəinamlı tutumda təsvir olunub. Abidənin Azərbaycanın qranit xəritəsi ilə əlaqəli təqdimatı da təsadüfi olmayıb, respublika rəhbərinin doğma yurda bağlılığının rəmzi kimi düşünülüb.

Qeyd edək ki, memorial heykəltəraşlıq sahəsində geniş təcrübəsi olan Ö.Eldarov bu sahədə ilk əsərini 1956-cı ildə yaradıb. O zaman dahi Üzeyir Hacıbəylinin Fəxri xiyabandakı məzarüstü abidəsinin hazırlanmasının 29 yaşlı gənc heykəltəraşa etibar edilməsi onun istedadına inamın göstəricisi idi. Sonrakı illərdə Ö.Eldarov cazmen Vaqif Mustafazadənin (1984), görkəmli bəstəkar Fikrət Əmirovun (1988), maestro Niyaziyə (1989), yazıçı Süleyman Rəhimovun (1991), ictimai xadim Şıxəli Qurbanovun (1994), akademiklər Zərifə Əliyevanın (1995) və Həsən Əliyevin (1998), müğənni Rəşid Behbudovun (1996), akademik Ziya Bünyadovun (2000), müğənni Müslüm Maqomayevin (2009) və başqalarının Fəxri xiyabanda yer almış memorial abidələrini yaradıb.

Qeyd edək ki, memorial heykəltəraşlıq sahəsində tişə ustalarımızın ən müxtəlif nəsillərinin nümayəndələri fəaliyyət göstəriblər. Onların həmin əsərlərini Bakı ilə yanaşı, respublikanın müxtəlif bölgələrində görmək mümkündür. Etiraf edək ki, indikindən fərqli olaraq, sovet dövründə fəaliyyətini “qəbir heykəltəraşlığı”na yönəldən sənətkarlara, obrazlı desək, bir təhər baxar, ərsəyə gətirdiklərini qeyri-ciddi sayar, sənət nümunəsi hesab etməzdilər. Amma Rusiyanın və Avropanın bir çox məşhur qəbiristanlıqlarında tanınmış heykəltəraşların yaratdıqları memorial abidələrə ciddi münasibətin müqabilində, demək olar ki, plastika sənətinin bu sahəsinə sovet dövründə yanaşmanın yanlış olduğunu təsdiqləyir.

Memorial heykəltəraşlıq sahəsində zəngin təcrübəsi olan Cəlal Qaryağdının (1914-2001) da Fəxri xiyabanda əsərləri mövcuddur. Bunlar bəstəkar Soltan Hacıbəyovun (1919-1974) və şair Səməd Vurğunun (1906-1956) məzarüstü abidələridir. Hər iki əsərdə heykəltəraş kompozisiyanı portretlə əlaqəli həll edib. Şairin portreti (1957) qorelyef həllinə malik olduğu halda, bəstəkarın obrazı üçölçülü tutumdadır...

Bu yerdə qeyd edək ki, I Fəxri xiyabandakı qəbirüstü abidələr sırasında obrazın bədii həlli baxımından maraq doğuranı az deyil. Zənnimcə, görkəmli dramaturq Cəfər Cabbarlının (1899-1934) xatirə abidəsi belələrindən biridir. 1968-ci ildə onu yaradan görkəmli tişə ustası Elmira Hüseynova dramaturqun barelyef xarakterli tunc portretini qara mərmərin üzərində xüsusi ekspressiv tutumda təqdim etməklə, onun cəlbediciliyinə və təsirliliyinə nail olub.

Səhnəmizin ilk Məcnunu olmuş Hüseynqulu Sarabskinin (1879-1945) məzarüstü abidəsinin (müəllifi Həyat Abdullayeva, 1950-ci illər) şaquli-başdaşı formasında həll olunması nə qədər təbiidirsə, onun görkəmli aktyoru sevimli obrazda təsvir edən görkəmdə olması bir o qədər cəlbedici və yaddaqalandır.

Xatirə abidəsində Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin (1842-1907) “Əkinçi”ni oxuyan vəziyyətdə təsviri ən məntiqli seçim sayıla bilər. Tuncdan hazırlanan portretdə (Nicat Məmmədov, 1950-ci illər) onun amalı uğrunda mübarizliyi duyulmaqdadır.

Məşhur “Rənglər” şeirlər silsiləsinin müəllifi Rəsul Rzanın (1910-1981) məzarüstü abidəsində (Elmira Hüseynova, 1982) də plastik axtarışların görkəmli söz xiridarının mənəvi dünyasının təcəssümünə yönələn bədii məqamlar az deyil. Onun boz qranitdən hazırlanmış portretinin yarpaqlarla əhatələnməsində insanı duyğulandıra biləcək məqamlar kifayət qədərdir.

Ümumiyyətlə, I Fəxri xiyabanda qərarlaşan memorial abidələrin bədii həllində portretin müxtəlif formalarından geniş istifadə olunub. Akademik Yusif Məmmədəliyevin (1905-1961), görkəmli aktrisa Hökumə Qurbanovanın (1913-1988), yazıçı Məmməd Səid Ordubadinin (1872-1950) və neftçi Gülbala Əliyevin (1879-1971) abidələri qorelyef formasındadır. Onları müxtəlif illərdə müvafiq olaraq Cəlal Qaryağdı (1963), Seyidağa Zakiri (1980-ci illər), İbrahim Zeynalov (1973), Əhməd Salikov (1973) yaradıblar.

Sovet dövrü ədəbiyyatımızın tanınmış simalarından sayılan Süleyman Rüstəmin (1906- 1989) memorial abidəsi üçün tapılmış bədii həlli də bütünlükdə uğurlu saymaq olar. Belə ki, şairin əlində kitab və oturmuş vəziyyətdə təsviri cəlbedici və yaddaqalandır. 1991-ci ildə ərsəyə gətirilmiş abidənin müəllifi Xanlar Əhmədovdur. Onun Məmməd Araza (2005) həsr olunmuş memorial abidəsində şairin mənəvi-psixoloji durumunu üzə çıxarmaq cəhdi duyulur.

Bu xüsusiyyəti heykəltəraş Tokay Məmmədov (Bülbül), Arif Qazıyev (Rüstəm Mustafayev və Emin Sabitoğlu), Natiq Əliyev (Bəşir Səfəroğlu, Həqiqət Rzayeva, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və Habil Əliyev), Fuad Salayev (Azad Mirzəcanzadə və Aqil Əliyev), Azad Zeynalov (Yusif Hüseynov və Firəngiz Əhmədova), Hüseyn Haqverdi (Cahangir Cahangirov, Qurban Xəlilov və Ramiz Mustafayev), Zivər Məmmədova (Əzim Əzimzadə) və digər məzarüstü abidələrdə də müşahidə etmək mümkündür.

Təsviri sənətlə bağlı tədqiqatlarda bir o qədər də əhəmiyyət verilməyən memorial-xatirə heykəltəraşlığı əslində plastika sənətinin özünəməxsus bədii-mənəvi və tarixi tutumlu sahələrindən sayılır. Bunu şərtləndirən başlıca səbəb Fəxri xiyabanda uyuyan məşhur şəxsiyyətlərin məzarları üzərində qərarlaşan müxtəlif forma-biçimə malik heykəltəraşlıq nümunələrində tişə ustalarının müstəqillik nümayiş etdirmələridir. Etiraf edək ki, şəhər məkanında ucaldılan abidələrdə bir qayda olaraq rəsmi çərçivəni aşa bilməyən müəlliflərin əsasən göstərişlərin birbaşa icraçısı olmalarının qarşılığında, heykəllərin ənənəviləşən forma-biçimdən uzağa getmədiyi birmənalıdır. Odur ki, vaxtınız olanda yolunuzu Fəxri xiyabandan salın və oradakı çox maraqlı sənət nümunələri ilə tanış olun. Həm əməlləri hər birimizə qürur bəxş edən soydaşlarımızı xatırlayın, həm də onların xatirələrini əbədiləşdirən və bununla da heykəltəraşlıq sənətimizi inkişaf etdirən tişə ustalarına “Sağ olun!” deyin...

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur