DÜNYA


Fici sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Tokio, 15 yanvar, AZƏRTAC

Sakit okeanın cənubunda, Fici adaları sahillərində ardıcıl zəlzələlər baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 5,5 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 06:25 dəqiqədə qeydə alınıb. Yeraltı təkanların episentri Nandi şəhərindən 171 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Şənbə günü səhər saatlarında 6,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Növbəti yeraltı təkanın episentri Nandi şəhərindən 185 kilometr cənub-qərbdə, ocağı 60 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb.

Həmin zəlzələdən təxminən 3 saat sonra 4,6 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.