Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fidan Hacıyeva: Dünyanın ən məşhur opera ifaçılarının öz musiqi mərkəzləri var

Bakı, 14 iyun, AZƏRTAC

Bu günlərdə Azərbaycanın Xalq Artisti, səhnəmizin Karmeni Fidan Hacıyeva və onun rəhbərlik etdiyi Musiqi Mərkəzi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solo konsert proqramı ilə çıxış edib. Bu, bir il bundan əvvəl - 2016-cı il mayın 1-də açılışı olmuş Fidan Hacıyeva Musiqi Mərkəzinin ilk böyük solo konserti idi. Klassik musiqisevərlərin, mədəniyyət və incəsənət xadimlərinin izlədikləri konsert böyük maraqla qarşılanıb. Bu barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Fidan xanım deyib: “Həmişə böyük arzum olub ki, öz mərkəzimi yaradım və illər boyu öyrəndiyim vokal sənətini tələbələrimə çatdırım. Altı yaşından musiqi ilə məşğulam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində Hüseyn Əliyevin sinfində təhsil almışam, aspirantura pilləsinə qədər çatmışam. 19 yaşımda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşam, 21 yaşımda ən gənc Karmen və digər obrazları yaratmışam. İtaliyada Kidjiano Akademiyasında laureat olmuşam, burada həm də Bruno Balionidən, Rusiyada RF Xalq Artisti, dünya şöhrətli - İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri almışam. Bunlar hamısı bir təcrübədir. Bu illər ərzində topladığım vokal texnikasını, klassik musiqi təcrübəsini öz tələbələrimə ötürmək istədim.

Dünyanın ən məşhur opera ifaçılarının öz musiqi mərkəzləri var. Məsələn, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi, Bruno Balioni Mərkəzi və digərləri. Mən də istədim ki, Azərbaycanda belə bir mərkəzimi yaradım. İyunun 11-də təqdim etdiyimiz solo konsertimiz bir il ərzində çəkdiyimiz zəhmətin nəticəsidir”.

Tələbələrimdən metroda işləyəni də var, rabitəçi də, idmançı da, aktyor da...

“Maraqlı odur ki, Musiqi Mərkəzimizdə tədris etdiyim tələbələrim ayrı-ayrı peşələrin sahibləridir. Onlardan metroda çalışan da var. Bir tələbəm rabitəçi, biri idmançı, biri aktyor, biri həkimdir, biri Bakı Dövlət Universitetində təhsil alır, lakin səsi Müslüm Maqomayevin səsi kimidir. Bir sözlə, tələbələrimin arasında 7 yaşında olanı da var, yaşı 50-dən yuxarı olanı da. Lakin bunların hamısına Allah-taala gözəl səs, istedad verib. Onlar dünya bəstəkarlarının, italyan bəstəkarlarının əsərlərini, Neopolitan mahnılarını oxuyur, ən çətin əsərlərin öhdəsindən gəlirlər. Məsələn, 23 yaşlı Elçin Əliyev C.Puççininin “Turandot” operasından “Nessun dorma” ariyasını çox yüksək səviyyədə ifa etdi. Yaxud Aris Nəbiyev çox istedadlı gəncdir. Mərkəzimdə artıq laureatlar var. Məsələn, 2016-cı ilin dekabrında keçirilmiş, ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıla məxsus “Zima” festivalında tələbələrim Sevil və Nigar iştirak ediblər. Artıq beynəlxalq festivallarda uşaqlar iştirak edir, diplomlara layiq görülürlər. Deyim ki, Mahnı Teatrındakı konsertimizdə də onlar bir il ərzində çəkdiyimiz zəhməti doğrultdular, burada 20-dən çox tələbəm gözəl performans etdi. Sözün düzü, özüm də gözləmirdim”, - deyə Fidan xanım təəssüratlarını bölüşür.

Böyük Britaniya səfiri də Musiqi Mərkəzi tələbələrinin səsini bəyənib

Xalq artistinin sözlərinə görə, bu yaxınlarda Musiqi Mərkəzinin qonağı olmuş Böyük Britaniyanın ölkəmizdəki səfiri də burada aparılan yaradıcı mühitini, tələbələrin səslərini çox bəyənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Fidan Hacıyeva tələbələri ilə iyunun əvvəlində “Zirə” Mədəniyyət Mərkəzində konsert verib. Bu konsertin də uğurlu olduğunu xatırladan Fidan xanım deyir: “Bütün bunlar tək mənim deyil, Azərbaycan mədəniyyətinin, vokal sənətinin uğurudur. Azərbaycanda opera sənətinin, klassikanın davamı olan yeni səslər meydana çıxır. Bu səslər dünyaya çıxan səslərdir. Bu məni çox sevindirir. Bizdə opera da yaşayacaq, klassik musiqi də. Mənim onlara vokal sənətini, tədris edirəm, onları öyrətməyim də mənim üçün bir stimuldur”.

Xalq Artisti Zemfira Nərimanova: Fidan xanıma “Afərin” deyirəm

Haqqında söhbət açdığımız konsertdə bir təsadüf nəticəsində iştirak edən Xalq Artisti Zemfira Nərimanova da təəssüratlarını bizimlə bölüşdü. “Bu konsertdə bir tanışımın qızı çıxış edəcəkdi - Nəzrin adlı bu qızı təbrik etmək üçün konsertə getmişdim. Lakin ifalardan böyük zövq aldım. Çox sevinirəm ki, uşaqlarımızda həvəs, musiqi zövqü, musiqi duyumu var. Mən Fidanı gənclikdən tanıyıram. Lakin onun bu cür fəaliyyət göstərməsindən xəbərim yox idi. Konsertdə iştirak edənlərin istedadları eyni səviyyədə olmasa da, hamısı həvəslə çıxış edirdi, onların ifası, səhnə davranışı çox maraqlı idi. Müəllimdən çox şey asılıdır. Bu baxımdan Fidan xanıma “Afərin” deyirəm. Onu da qeyd edim ki, mən Nəzrini sakit bir qız kimi tanıyırdım, səhnədə isə onu nazlı bir qız kimi gördüm. Deməli, Musiqi Mərkəzi bu cür istedadlı gənclərin potensialını üzə çıxarır, onları yaradıcılığa həvəsləndirir. İnsan sənəti sevəndə, mədəniyyəti sevəndə özü də nəcib adam olur, yeni-yeni keyfiyyətləri üzə çıxır. Həm gənclərimizin sənətə marağı, çalışması, həm də Fidan xanımın bu cür fəaliyyəti ilə qürur duyuram”.

Fidan Hacıyeva: Kimin səsi var gəlsin, qulaq asım, istedadı olanları üzə çıxaraq

Dünya praktikasında musiqi, opera mərkəzləri həm də festivallar, yarışmalar keçirir. Bu barədə sualımızı cavablandıran Fidan xanım etiraf etdi ki, onun da belə bir arzusu var: “Fikirləşirəm ki, festivallar, yarışmalar gələcəkdə olmalıdır... Əlbəttə, Musiqi Mərkəzinin uşaqları burada təhsil aldıqları barədə diplom alsalar, çox yaxşı olar. Düşünürəm ki, bu işdə mənə dəstək göstərirlər və bu arzum həyata keçər. Bəlkə də bu Mərkəzi yaratmağım neçə-neçə istedadlı gənclərimiz üçün bir qismətdir ki, onlar özlərini burada tapır, nəyə qadir olduqlarını təsdiqləyirlər. Onlar Mərkəzimizə böyük həvəslə, sevinclə gəlirlər. Mən də onlara nə isə öyrədə bildiyim üçün qürur duyuram. Qeyd edim ki, tələbələrimin çıxış etməsi üçün ali məktəblərdən bizə dəvətlər göndərilir. Sentyabr ayında bir çox tədbirlərdə iştirak edəcəyik. Məşqlərimiz davam edir. İki tələbəmi Belarusda keçirilən beynəlxalq müsabiqəyə hazırlaşdırıram. Onlar qısa müddətdə çox peşəkar ifaya nail olublar. Yenə də müraciət edirəm: kimin səsi var gəlsin, qulaq asım, istedadı olanları üzə çıxardaq. Nə qədər çox olsaq, o qədər yaxşıdır, xüsusilə klassik janrda”.

Tələbələrimin arasında Karmenim də var, Əsgərim də var...

“Elə tələbəniz varmı ki, ifa baxımından onda özünüzü görürsünüz” sualına Fidan xanım belə cavab verir: “Artıq Karmenim də var, Əsgərim də var, Gülçöhrə də, Koroğlu da, Nigar da var. Məsələn, bu yaxınlarda uşaqlar çıxıblar səhnəyə. Müşahidə edirəm ki, onlar ifa üslubunda, jestlərdə bir çox keyfiyyətləri məndən mənimsəyiblər. Axı mən onlara təkcə səs yox, səhnə davranışını, mədəniyyətini, aktyorluq tərzini və digər bu kimi xüsusiyyətləri öyrətmiş, onlarda olan istedadı üzə çıxarmışam. Biri var ki, bu xüsusiyyətləri illər boyu mənim kimi damla-damla yığasan, biri də var ki, Musiqi Mərkəzimiz fəaliyyətə başladığı bu bir il ərzində sənətin sirlərini öyrətdim, onlara öz potensiallarına uyğun istiqamətləri göstərdim. Sadə dillə desək, sanki ovuclarına qoyub dedim ki, bax, bu sənin, bu isə sənindir. Sənətin bir sirrini belə onlardan gizlətmədim. Onlar məni çox istəyirlər, mən də onları övladım kimi əzizlədim. Bəzən axşam saat 21-22-00 qədər işləyirik. Biri var konservatoriyada neçə illər oxuyursan, biri də var bir ilin ərzində öyrənirsən. Hətta iki-üç aya hazırladığım tələbələrim də olub. Bu, çox çətin və məsuliyyətli bir işdir”.

İstərdim ki, Azərbaycanda opera-film çəkilsin

“İstərdim ki, Azərbaycanda opera-film çəkilsin, necə ki, dünyada çəkilir. Bizdə nəsə bu məsələ qaldırılmayıb. Əgər opera-film çəkilərsə, orada, məsələn, Gülçöhrəni, ya Karmeni məmnuniyyətlə oynayardım, yaxud “Kənd namusu” çəkilə bilərdi. Bizim çox gözəl rayonlarımız var, məsələn Lahıc kimi. Burada “Karmen”i oynamaq olar. Lahıcda heç dekorasiyaya ehtiyac yoxdur, bu yer özü elə İspaniyaya oxşayır” - deyə Fidan xanım fikirlərini bizimlə bölüşür.

Fransada solo konsert

Əsərləri üç dildə - Azərbaycan, rus, ingilis dillərində ifa edən Xalq Artisti Fidan Hacıyeva ölkəmizi xaricdə layiqincə təmsil edir. İyulun 14-də - Fransanın Respublika Günündə Fidan xanım Parisdə Azərbaycan Evində solo konsert proqramı ilə çıxış edəcək, bizim, həm də Fransanın böyük bəstəkarlarının əsərlərini səsləndirəcək. Mədəniyyətimizi, xalqımızın haqq səsini musiqinin dili ilə dünyaya çatdıran Fidan Hacıyeva xarici ölkələrdə çıxışlarını həmişə Azərbaycan haqqında mahnılarla bitirir. Respublikamızda cəbhə bölgələrində çıxış edən ifaçımızın repertuarında vətənpərvər motivli əsərlər də xüsusi yer tutur. “Xaricdə mənə deyəndə ki, “həm gözəl musiqiniz, həm də gözəl sözləriniz var”, - bundan qürur duyuram. Doğrudan da xalqımız çox istedadlıdır. Elə Musiqi Mərkəzimiz də bu cür istedadlı insanları üzə çıxarmağa çalışır”, - deyə Fidan xanım qeyd edir.

Xalq Artisti Fidan Hacıyeva, sentyabr ayında Heydər Əliyev Sarayında konsert verməyi də planlaşdırır. Onu da etiraf edir ki, Musiqi Mərkəzinə bu bir ildə daha çox diqqət ayırdığı üçün sentyabr ayından pərəstişkarlarının qarşısına opera sahəsində çıxacaq, eləcə də yeni obrazlar üzərində işləyəcək. Səhnəmizin Karmeni kimi tanınan, “Arşın mal alan” operettasında Gülçöhrəni sevə-sevə yaradan Fidan xanım həm də fransız bəstəkarı Sen-Sansın “Samson və Dalila” operasında Dalilanı ifa etmək arzusunu bizimlə bölüşdü.

Biz də Fidan xanıma həm Musiqi Mərkəzinin fəaliyyətində, həm də pərəstişkarlarına yeni-yeni sevinclər bəxş etmək işində uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib