DÜNYA


Fidel Kastronun cəsədi kremasiya olunacaq

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Kuba inqilabının lideri Fidel Kastronun cəsədi bu gün səhər saatlarında kremasiya olunacaq (yandırılacaq).

AZƏRTAC xəbər verir ki, Frans Press agentliyinin yaydığı informasiyaya görə, cəsədinin kremasiya olunmasını mərhumun özü istəyib. Bu barədə onun qardaşı, Kuba lideri Raul Kastro məlumat verib.

Ada dövlətin təxminən yarım əsrlik tarixi Fidel Kastro ilə bağlıdır. Onun başçılığı ilə 1959-cu il yanvarın 1-də Kuba inqilabı baş verib və Batista rejimi devrilib. 1959-1976-cı illərdə ölkənin Baş naziri olan Fidel Kastro daha sonra 30 il ərzində Kuba Dövlət Şurası və Nazirlər Sovetinin sədri, inqilabi silahlı qüvvələrin ali baş komandanı və Milli Müdafiə Şurasının rəhbəri postlarını tutub. Səhhətinin pisləşməsi ilə əlaqədar 2006-cı il iyulun 31-də vəzifələrini və səlahiyyətlərini qardaşı Raul Kastroya verib.

Xatırladaq ki, Fidel Kastro dünən 90 yaşında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.