MƏDƏNİYYƏT


“Fikir və düşüncələrim” kitabı çapdan çıxıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Cahangir Hüseyn Əfşarın “Fikir və düşüncələrim” adlı monoqrafik kitabı çapdan çıxıb. Kitab 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycan əsgərlərinin əziz xatirəsinə ithaf edilib.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Nizami Cəfərovun elmi redaktorluğu ilə oxucuların ixtiyarına verilmiş əsərdə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi, Nadir Şah Əfşarın 325 və Əfşar dövlətinin 280 illiyi ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin redaktəsi ilə “Nadir Şah–diplomatik yazışmaları” və Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi-tarixi əsərləri ilə bağlı Azərbaycanda və Türkiyədə nəşr edilmiş rəylər, təqdimatlar və məqalələr yer alıb.

Ermənilərin Qafqaza köç etmələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına beynəlxalq müstəvidə münasibət, bəşəriyyət və cəmiyyət haqqında elmi-fəlsəfi fikirlər də “Fikir və düşüncələrim” kitabında öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.