RƏSMİ SƏNƏDLƏR


Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A+ A

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar incəsənət xadimi”

Atayev Fəxrəddin Qəhrəman oğlu

“Əməkdar artist”

Əliyev Telman Adil oğlu

Əsədov Çingiz Eynulla oğlu

Qubadov Ceyhun Şahbala oğlu

Şahmuradova Nigar Oqtay qızı

Şahmuradova Viktoriya Aleksandrovna

Talıbzadə Xuraman Səmədağa qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır