MƏDƏNİYYƏT


Fikrət Əmirovun xatirəsi anılacaq

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 22-də unudulmaz bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində musiqili tədbir təşkil olunacaq.

Məktəbdən AZƏRTAC-a bildirilib ki, tədbir bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə keçiriləcək.

Üç hissədən ibarət tədbir çərçivəsində əvvəlcə sənətkara həsr olunan muzeyin açılışı nəzərdə tutulur.

Daha sonra “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransı işə başlayacaq. Tədbir “1001 gecə” baletinin musiqisi əsasında rəqs ifaçılığı və rəsm əsərlərinin təqdimatı ilə yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.