DÜNYA


Filadelfiyada naməlum şəxs polislərə atəş açıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində universitet yaxınlığında naməlum şəxs polislərə atəş açıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şəhərin qərbində baş verən insident nəticəsində universitetin mühafizə xidmətinin zabiti və Filadelfiya polisinin çavuş rütbəli qadın əməkdaşı yaralanıb.

Cinayətkarın aqibəti barədə təzadlı məlumatlar verilir. Onlardan birinə görə atəş açan şəxs həbs olunub, digərinə görə isə atışma zamanı hadisə yerində öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.