MƏDƏNİYYƏT
Filarmoniyada “Gənclərə dəstək” adlı layihə çərçivəsində növbəti konsert proqramı
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” adlı layihə çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramı Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə reallaşacaq. Orkestrə Xalq Artisti, dirijor Teymur Göyçayev rəhbərlik edəcək. Konsertdə tanınmış solist Aytən İbrahimova pianoda bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları səsləndirəcək.
Qeyd edək ki, sözügedən layihə respublikanın tanınmış istedadlı gənc ifaçılarına dəstək olmaq məqsədilə təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]