MƏDƏNİYYƏT
Filarmoniyada Milli Qurtuluş Günü qeyd ediləcək
Bakı, 10 iyun, AZƏRTAC
15 iyun - Milli Qurtuluş Günü M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da qeyd ediləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, iyunun 13-də respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək tədbir Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi konsert proqramı ilə davam edəcək.
Xalq Artisti Teymur Göyçayevin dirijorluq etdiyi orkestr Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalara müraciət edəcək, həmçinin respublikanın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [12:08]
Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir
- 18.04.2024 [11:35]
Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib
- 18.04.2024 [11:06]
İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq
- 18.04.2024 [11:00]
Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib
- 18.04.2024 [08:00]