MƏDƏNİYYƏT


Filarmoniyada “Skripkalı musiqi axşamı”

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” adlı layihə çərçivəsində konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, “Skripkalı musiqi axşamı” adlı konsertin solistlərini Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək. Orkestrə Xalq Artisti, dirijor Teymur Göyçayev rəhbərlik edəcək.

Konsert proqramında Xalq Artisti Zəhra Quliyevanın şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları səsləndiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.