ELM VƏ TƏHSİL


Filarmoniyada müəllim və tələbələr konsert veriblər

Bakı, 19 iyun, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) instrumental ifaçılıq kafedrasının professor-müəllim və tələbələrinin iştirakı ilə konsert keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konsert Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçib. ADMİU-nun müəllimi Leyla Əliyeva və tələbələri Zülfiyyə Muxtarova, Günel Quliyeva, Lalə Əhmədova, İlahə Salmanzadə İ.S.Baxın əsərlərini ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.