MƏDƏNİYYƏT
Filarmoniyada muğam gecəsi
Bakı, 24 yanvar, Türkan Abdullayeva, AZƏRTAC
Yanvarın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə televiziya muğam müsabiqələrinin laureatları çıxış ediblər.
Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.
Konsertdə orkestrin və solistlər - əməkdar artist Sahib Paşazadənin, muğam müsabiqələrinin laureatları Gülnar Qüdrətli, Xətai Hacıyev, Məmməd Nəcəfov, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifalarında “Qatar” dəramədi, “Zabul”, “Zəminxarə”, “Çahargah”, “Dilkəş”, “Segah” təsnifləri, “Orta mahur”, “Simayi-şəms” ritmik muğamı səsləndirilib.
İfalar alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]