MƏDƏNİYYƏT


Filarmoniyanın iyun repertuarı maraqlı tədbirlərlə zəngindir

Bakı, 31 may, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iyun ayında yubiley və xatirə gecələri, həmçinin konsertlər keçiriləcək.

AZƏRTAC Azərbaycan Dövlət Filarmoniyası və bu qurumun nəzdində olan kamera və orqan musiqi zalının iyun ayı üçün tədbirlər planını təqdim edir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert

2 iyun - bəstəkar, Xalq Artisti Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş yubiley gecəsi

3 iyun - akademik Mirməmməd Cavadzadənin xatirəsinə həsr olunmuş gecə

5 iyun - “Mədəniyyət” kanalı Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində Xalq Artisti, dirijor Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə

9 iyun - gənc ifaçıların konserti

16 iyun - görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi

30 iyun - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin konserti

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalı:

6 iyun – “Mədəniyyət” kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri -Azərbaycan gənc vokal ifaçılarının konserti

7 iyun - violonçel ifaçısı, Xalq Artisti Rasim Abdullayevin konserti

13 iyun – “Mədəniyyət” kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri - Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti.

Tədbirlər saat 19:00-da başlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.