MƏDƏNİYYƏT


Filip Kirkorov: Azərbaycan öz arxitekturası, koloriti ilə məni heyran edir

Bakı, 1 avqust, AZƏRTAC 

Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdir. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm.

AZƏRTAC xəbər verir ki, “Jara” festivalının iştirakçısı, Rusiyanın Xalq Artisti Filip Kirkorov Azərbaycan barədə bu xoş təəssüratlarını jurnalistlərlə bölüşüb.

Festivalın yüksək səviyyədə keçdiyini bildirən Filip Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyünü vurğulayıb: “Bir daha təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. “Jara” hər kəsə dəniz qədər pozitiv emosiya və unudulmaz xatirələr bəxş etdi. Dostlarımla eyni səhnəni bölüşməyimə şərait yarandığı üçün çox şadam. Məni sevən tamaşaçılarımı yenidən görmək unudulmaz hisslərdir. Növbəti “Jara” festivalını səbirsizliklə gözləyəcəyəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.