DÜNYA


Filippin “Facebook”dan yaraqlılarla əlaqəli onlarla akkauntu bağlamağı xahiş edib

Tokio, 9 iyun, AZƏRTAC 

Filippin hərbçiləri “Facebook” sosial şəbəkəsindən yaraqlılarla əlaqəsi olan 60-dan çox akkauntu bağlamağı xahiş ediblər.

Filippin ordusunun polkovnik-leytenantı Co-Ar Harrera bildirib ki, hərbçilər “Facebook”da ekstremizmi təbliğ edən yaraqlılara və ya onların tərəfdarlarına məxsus 63 akkaunt müəyyən ediblər.

Xəbər verdiyimiz kimi, Prezident Rodriqo Duterte ordu ilə yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra Mindanao adasında hərbi vəziyyət elan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.