DÜNYA


Filippin Prezidenti: Manilada kazinoya hücum İŞİD-in işi deyil

Bakı, 3 iyun, AZƏRTAC

Filippin Prezidenti Rodriqo Duterte ölkənin paytaxtındakı “Resorts World Manila” otelinin kazinosuna hücumda İŞİD qruplaşmasının əli olduğunu təkzib edib. Reuters agentliyi Dutertenin sözlərini sitat gətirib: “Bu, İŞİD-in işi deyil”.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 1-dən 2-nə keçən gecə hücum tüfəngi ilə silahlanmış cinayətkar təkbaşına “Resorts World Manila” otelindəki kazinonu qarət etməyə çalışıb və bu niyyətlə oyun stollarını yandırıb. Yanğın və yaranmış basırıq nəticəsində 36 nəfər həlak olub, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bir qədər əvvəl İŞİD qruplaşması hücumun məsuliyyətini üzərinə götürdüyü barədə bəyanat yaysa da, Filippin polisinin başçısı Ronald Dela Roza bunu təbliğat adlandırıb. O bildirib ki, paytaxt Maniladakı otel kompleksində baş verən insident qarət xarakterlidir və onun terrorla heç bir əlaqəsi yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.