DÜNYA


Filippin Prezidenti Mindanaoda müsəlman muxtar regionu yaradılmasını sürətləndirmək istəyir

Tokio, 18 iyul, AZƏRTAC

Filippin Prezidenti Rodriqo Duterte cənubda yerləşən Mindanao adasında müsəlman muxtar regionunun yaradılmasını sürətləndirmək niyyətindədir.

NHK telekanalının yaydığı məlumatda bildirilir ki, ötən əsrin 70-ci illərindən başlayaraq bu adadakı yaraqlılar qrupu azadlıq əldə etmək üçün hökumət qüvvələri ilə mübarizə aparır.

Moro İslam Azadlıq Cəbhəsi 2014-cü ildə bu adada muxtar siyasi qurumun yaradılacağına icazə verilməsi barədə hökumətlə razılıq imzalayıb.

Burada xüsusi regionun yaradılması barədə qanun layihəsi iyulun 17-də Prezident Rodriqe Duterteyə təqdim edilib. Sənədi dəstəklədiyini qeyd edən dövlət başçısı onun qəbulunu sürətləndirəcəyini bildirib.

Adanın müsəlman əhalisinin dəstəyini qazanmağı qarşısına məqsəd qoyan R.Dutertenin niyyəti Mindanaoda özünü “İslam dövləti” adlandıran qrupun qarşısını almaqdır.

Həmin qrupla əlaqəli olan yaraqlılar da cari ilin mayından hökumət qüvvələri ilə mübarizədə yerli əhalinin dəstəyini əldə etməyə çalışırlar.

Belə güman olunur ki, sülh prosesinin ləngiməsindən narazı olan Moro İslam Azadlıq Cəbhəsi özünü “İslam dövləti” adlandıran qrupun üzvləri ilə birləşə bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.